525.Az

Akademik Milli Dram Teatrı Adana Teatr Festivalından qayıdıb


 

Akademik Milli Dram Teatrı Adana Teatr Festivalından qayıdıb<b style="color:red"></b>

 

Akademik Milli Dram Teatrı Türkiyənin Adana şəhərində keçirilən Sabançı Beynəlxalq Teatr Festivalından vətənə dönüb.

Sabançı vəqfinin, Türkiyə Cümhuriyyətinin Mədəniyyət Turizm Nazirliyinin Dövlət Teatrları Baş Müdirliyinin təşəbbüsü ilə keçirilən Sabançı Beynəlxalq Adana Teatr Festivalı nəinki Türkiyədə, eləcə dünya teatr məkanında tanınan nüfuzlu festivallardandır. Bu il 15 yaşını qeyd edən festivalda bu günə qədər 38 fərqli ölkədən 74 teatr kollektivinin 573 tamaşası nümayiş olunub. Ümumilikdə 5000-ə qədər sənətçinin qatıldığı festivalın 80000-dən artıq tamaşaçısı olub.

Hər il festivalda dünyanın müxtəlif ölkələrindən nüfuzlu teatr kollektivləri iştirak edir. 14 aprel-16 may tarixləri arasında gerçəkləşən 16- Dövlət Teatrları Sabançı Beynəlxalq Adana Teatr Festivalının proqramına Akademik Milli Dram TeatrınınLənkəran xanının vəziritamaşası ilə yanaşı İstanbul Dövlət Teatrının "Səhra fırtınaları" "Hamlet", Kocaeli Böyükşehir Bələdiyyəsi Şəhər Teatrının "Qəfəsdən bir quş uçdu" "İstanbul əfəndisi", İspaniya Yllana Teatrının "Muu", Ankara Ekin Teatrının "Üçüncü zəng", Bursa Dövlət Teatrının "Sarıpınar", İran İnruzha Teatr Birliyinin "Quraqlıq yalan", Mersin Dövlət Opera Balet Teatrının "Çalıquşu", Van Dövlət Teatrının "Ay işığı sirki", İzmir Dövlət Teatrının "Sonuncu qışqırıq", Eskişehir Böyükşehir Bələdiyyəsi Şəhər Teatrının "Yalan dünya", Kenter Teatrının "Seçilmiş hekayələr", Rumuniya Passe-Partout Teatrının  "Biz ikimiz", Teatr Kedinin "Mənə əsməyi öyrət" tamaşaları da daxildir. Bir faktı da qeyd etmək lazımdır ki, bu, Azərbaycan teatrları ilk dəfədir ki, Sabançı Festivalında iştirak edir.  

Festivalda iştirak etmək üçün Akademik Milli Dram Teatrının yaradıcı heyəti aprel ayının 30-da Adanaya yola düşüb. Heyət 1, 2 may tarixlərində M.F.Axundzadənin "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası əsasında hazırlanan tamaşanı seyrçilərə təqdim edib. Tamaşanın quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Vaqif İbrahimoğlu, rejissoru Tural Mustafayev, quruluşçu rəssamı Əməkdar rəssam Rəşid Şerif, bəstəkarı  Xalq artisti Səyavuş Kərimi, rejissor assistenti Xanım Həsənovadır. Səhnə əsərində Xalq artistləri Nurəddin Mehdixanlı, Cəfər Namiq Kamal, Əməkdar artistlər Kazım Həsənquliyev, Elxan Quliyev, Əli Nur, Mirzə Ağabəyli, Ayşad Məmmədov, Mətanət Atakişiyeva, Münəvvər Əliyeva, Firuz Xudaverdiyev, Şəlalə Şahvələdqızı, Aslan Şirinov, aktyorlar Hikmət Rəhimov, İlahə Həsənova, Mətləb Abdullayev, Elnar Qarayev, Rəşad Bəxtiyarov, Nigar Güləhmədova, Vüsal Mustafayev Ramin Şıxəliyev iştirak edirlər.

 Hacı Ömər Sabançı Kültür Mərkəzinin səhnəsində nümayiş olunan səhnə əsəri tamaşaçılar, eləcə mütəxəssislər tərəfindən böyük maraqla qarşılanıb. Tamaşadan sonra çıxış edən Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov dəvətə isti münasibətə görə Türkiyə Cümhuriyyəti Mədəniyyət Turizm Nazirliyinə, Dövlət Teatrları Baş Müdirliyinə Sabançı vəqfinə minnətdarlığını bildirib.

Səfər çərçivəsində həmçinin İsrafil İsrafilovla Türkiyə Dövlət Teatrları Baş Müdiri Mustafa Kurtun görüşü baş tutub. Görüşdə Azərbaycan-Türkiyə teatr əlaqələri, qarşılıqlı əməkdaşlıq münasibətlərinin perspektivləri, o cümlədən Türkdilli Dövlətlərin Teatr Rəhbərləri Şurasının fəaliyyəti müzakirə olunub.  Mustafa Kurt Akademik Milli Dram Teatrının kollektivinə festivalda uğurlar arzulayıb.

Məhəbbət HACIYEVA
 





08.05.2014    çap et  çap et