525.Az

Ərdoğan Türkiyə ilə Azərbaycan arasında təbii qazın tədarükünə dair sənədi təsdiqləyib


 

Ərdoğan Türkiyə ilə Azərbaycan arasında təbii qazın tədarükünə dair sənədi təsdiqləyib<b style="color:red"></b>

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Respublikasının Enerji və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında təbii qazın tədarükünə dair Anlaşma Memorandumunu təsdiqləyib.

525.az-ın xəbərinə görə, Ərdoğanın bununla bağlı Sərəncamı "Resmi Gazete"də dərc olunub.

Qeyd edək ki, ötən il dekabrın 22-də Bakıda Türkiyə Respublikasının Enerji və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında təbii qazın tədarükünə dair Anlaşma Memorandumu imzalanıb

 





11.01.2022    çap et  çap et