525.Az

Alimin nailiyyətləri


 

Alimin nailiyyətləri<b style="color:red"></b>

Biz insanlar Yer üzərində yaşadığımız üçün həmişə Yerin necə yaranması, necə inkişaf etməsi, bu inkişafın, insanların yaşaması üçün zəruri şəraitin hələ qədər davam edəcəyi bu kimi yüzlərlə çox aktual suallarla maraqlanırıq. Bu problemlər Geologiya elmində böyük tədqiqat obyektləridir. Yerin öz daxili inkişaf ətraf kosmosun təsiri nəticəsində Yerin insan yaşayan üst qatında böyük təhlükəli geoloji proseslər baş verir belə hadisələrin tədqiqi  həmişə gündəmdə duran məsələlərdəndir.

Bu məsələlərin tədqiqat üsullarının çox hissəsini geofiziki axtarışlar təşkil edir. Geofiziki tədqiqatların əsasını fundamental fiziki sahələrin müasir riyazi üsullarla tədqiqi, bu tədqiqatlar bazasında Yer, Günəş sistemi Kainatın konkret problemlərinin çözülməsi üsulları, tədqiqat texnikasının texnologiyalarının hazırlanması, ayrı-ayrı məsələlərin həlli nəticələrin şərhi təşkil edir. Son illər müasir informatika texnologiyalarının geniş tətbiqi bu istiqamətdə ciddi inkişafa səbəb olmuşdur. Sevindirici haldır ki, bu sahədə Azərbaycan alimləri ciddi işlər aparırlar. İlk növbədə qeyd etmək lazımdır ki, Azərbaycan iqtisadiyyatının çox böyük seqmentini təşkil edən neft qaz sənayesinin axtarış - kəşfiyyat, yataqların təhlili, layihələndirilməsi, istismara hazırlanması, işlənilməsi monitorinqi məsələlərinin həlli geoloji geofiziki tədqiqatların nəticəsindən birbaşa asılıdır. Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya, Kibernetika, Riyaziyyat Mexanika institutlarında, Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Neft Akademiyasında Azərbaycan Dövlət Neft Şirkətinin İnstitutlarında bu istiqamətlərdə geniş tədqiqatlar aparılır, onların nəticələri geniş sürətdə praktikada tətbiq olunur bir sıra hallarda dünya elmi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.

Bu istiqamətdə aparılan tədqiqatların tarixi, inkişaf mərhələləri, alınmış nəticələr, əldə olunmuş uğurlar haqqında kiçik bir məqalədə hərtərəfli danışmaq imkan xaricindədir. Ona görə bu sahədə bir istiqamət haqqında məlumat vermək dünyanın aparıcı alim mütəxəssislərin bu nəticələr barəsində fikirlərini oxuculara çatdırmaq istərdik.

AMEA-nın Geologiya İnstitutunun "Tektonofizika geomexanika" şöbəsində Yer  planetinin onun ayrı-ayrı struktur  tektoniki elementlərinin təkamülünün, müasir geodinamik proseslərin baş verməsi inkişafı qanunauyğunluqlarının, geoloji real şəraitin müxtəlif fiziki sahələrə təsirinin öyrənilməsinin qeyri-klassik nəzəri əsasları işlənilib hazırlanmışdır. Bu fundamental tədqiqatlarla Geofizika elminə böyük yeniliklər gətirilmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət  heyətinin bir sıra iclaslarında şöbənin rəhbəri AMEA-nın müxbir üzvü Hətəm Quliyevin məruzələri dinlənilmiş onun dünyanın nüfuzlu jurnallarında çap olunmuş işləri müzakirə olunmuşdur. Çox mürəkkəb geoloji proseslərin öyrənilməsi üçün yeni fundamental elmi yanaşma (geoloji proseslərin təkamülünün  mütəmadi deyil, qeyri dayanıqsız tarazlıq vəziyyətlərin sıçrayışlar ardıcıllığı şəklində dəyişməsi yolu ilə baş verə bilməsi) hazırlanmışdır. O, yeni qeyri-klassik tektonofizikanın əsaslarını yaratmağa nail olmuşdur. Bu yanaşma geofiziki tədqiqatlarda da inkişaf etdirilmişdir. Seysmik quyu geofiziki məlumatların işlənilməsi geoloji şərhinin qeyri-klassik nəzəri baza modeli onun çərçivəsində kompüter hesablama proqram paketləri kompleksi yaradılaraq konkret yataqların öyrənilməsində tətbiq edilmişdir. Bu tətbiqlərin çoxu BP, Şevron, ARDNŞ, Anşad Petrol digər neft şirkətlərinin sifarişi ilə həyata keçirilərək böyük iqtisadi səmərə vermişdir. Seysmoloji tədqiqatlar istiqamətində bu yanaşma zəlzələ probleminin öyrənilməsində bir sıra yeniliklər əldə etməyə imkan vermişdir. Seysmik dalğa sürətlərinin geodinamik şəraitdən asılılıqları öyrənilmiş, seysmik anizotropiya probleminin çözülməsinin müasir riyazi üsulu işlənib hazırlanmış, süni zəlzələlərin yaradılmasının mümkünlüyü isbat edilmişdir. Seysmik rayonlaşdırmanın səthi dalğaların yayılma xüsusiyyətlərinə əsaslanaraq böhran deformasiyalara görə aparılması təklif edilmişdir. Alimin son tədqiqatlarının mövzusunu deformasiya proseslərinin Yerin onun struktur elementlərinin formalaşmasında inkişafındakı rolu kimi fundamental problem təşkil edir.

Beləliklə, geologiyanın, geofizikanın ümumiyyətlə yer elmləri sahəsində alimimiz tərəfindən universal yanaşma, bu yanaşmanın nəzəri əsasları, onun çərçivəsində konkret məsələlərinin riyazi modelləri, etalon məsələlərin həll metodları yaradılmış, çoxlu sayda konkret praktiki əhəmiyyəti olan məsələlər həll edilmişdir. Paralel olaraq ədədi hesablama texnologiyası işlənilmiş uyğun kompüter proqram paketləri hazırlanmışdır.

Bu tədqiqatların nəticələri nüfuzlu beynəlxalq jurnallarda çap olunmuş, müxtəlif Beynəlxalq konqres, konfrans, simpozium seminarlarda geniş müzakirə edilərək dəstəklənmişdir. Bir sıra aparıcı alim mütəxəssislərin rəylərindən qısa sitatları gətirməklə alimimizin nailiyyətlərini Azərbaycan oxucularına çatdırırıq.

Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, REA-nın "Geosferlərin geodinamikası" İnstitutunun elmi rəhbəri  B.B. Aduşkin: "H.H. Quliyevin işləri struktur əmələ gəlmənin, seysmik kəşfiyyatın, müasir geodinamikanın, zəlzələlərin geodinamikasının fundamental problemlərinə həsr olunmuş mühüm nəticələr əldə olunmuşdur".

Ukrayna EA-nın Geofizika İnstitutunun direktoru, akademik B.U. Starostenko: "Ukrayna geofizikləri arasında H.H.Quliyev böyük elmi nüfuzu olan görkəmli alim kimi məşhurdur. Onun elmi araşdırmaları geologiyanın, geofizikanın, seysmologiyanın, geomexanikanın, deformasiyaya uğrayan bərk cisim mexanikasının kosmologiyanın inkişafına mühüm töhfələr vermişdir".

Norveçin Bergen Universitetinin geofizika üzrə fəxri professoru Karsten M. Stortbedet: "Professor H. Quliyevin işləri yerin daxili dinamikasının öyrənilməsində çoxdan mövcud olan qarmaqarışıqlığı, pərakəndəliyi qeyri müəyyənliyi aradan qaldırmışdır. Onun elmə verdiyi töhfələri: süxurların daxili qeyri-dayanıqlığı, deformasiyaların mexanikası, kütlə axını axın problemləri, mineral sistemlərdə deformasiya prosesləri digərləri böyük əhəmiyyətə malikdirlər. Onun nəticələri imkan verir ki, biz təbiəti daha dolğun düzgün dərk edək onun faydalı resurslarından yararlanaq".

Beynəlxalq Geofizika Cəmiyyətinin 2006 - 2007 illər prezidenti, BP şirkətinin 28 il baş geofiziki Leon Tomsen: "İlk dəfə mən doktor H. Quliyevlə Bakıda 1997-ci ildə mühazirələrlə çıxış edərkən tanış oldum onun mürəkkəb geofiziki problemlərin araşdırılmasında qeyri-klassik nəzəriyyənin tətbiq etməsinə geodinamika problemi ilə bağlı dərin biliyinə heyran qaldım. Bu üsul onun "Yerin tektonik prosesləri ilə bağlı yeni nəzəri yanaşma" məqaləsində müzakirə olunur (New Consepts in Global Tectonics Newsletter, №56, p. 49-73, 2010).  Prof. Yevgeniy Morozovın jurnalın həmin sayında çap olunmuş müsbət rəyi ilə tanışam onunla tamamilə razıyam".

Rusiya Elmlər Akademiyasının həqiqi, AMEA-nın xarici üzvü B.E. Xain: "H.H. Quliyev böyük alimdir, tektonofizika geomexanika sahəsində müvəffəqiyyətlə məhsuldar çalışır. Bu istiqamətlərdə elmi ictimaiyyət tərəfindən qəbul edilmiş bir sıra orijinal yeni elmi nəticələr almışdır. H. Quliyev tərəfindən respublikanın neft sənayesi üçün praktiki əhəmiyyəti olan bir sıra məsələlər həll edilmişdir".

"New Concepts in Global Tectonics Newsletter" jurnalının Avstraliyadan olan baş redaktoru prof. D. Choi: "O, nəzəri geologiya sahəsində dünyanın aparıcı alimlərindən biridir. Onun məqalələri rəyçilər tərəfindən çox təriflənir Yerin tektonik proseslərinin dərk edilməsində dəyərlidir. Onun qeyri-klassik xətti yanaşması tektonik hadisələrin geniş aspektlərinə uyğundur. Hindistanda görüşərkən onun tektonika, geofizika geologiya sahələrindəki geniş dərin biliyinə heyrət etdim. O ağıllı, mülayim ünsiyyətcil, gözəl insandır".

Almaniyanın Fredrix-Aleksandr Universitetinin geofizika professoru Y.Rohn: "O, Yer dinamikası daxili strukturun modelləşdirilməsi üzrə müasir geofizikanın ən mürəkkəb məsələlərinin tədqiqinə müxtəlif mexanika riyaziyyat metodlarını uğurla daxil edib. Anizotrop mühitdə elastik dalğaların yayılması üzrə nəticələri, seysmik geofiziki məlumatların interpretasiyası emalında qeyri-klassik modelin əsasını qoyub. Hətəm Quliyev geofizika geologiya sahələrində məşhur alim kimi Qərbdə çox yaxşı tanınır".

İtaliyanın Triest Universitetində geofizika üzrə fəxri professor R. Nikoliç: "Onun işləri müxtəlif miqyasda geoloji tektoniki problemləri aydınlaşdırmağa, yarıq qırışların formalaşmasını, çökmə hövzələrinin evolyusiyası əsasında yer qabığının mantiyanın petrofiziki xüsusiyyətlərinin qiymətləndirilməsinə, zəlzələyə meylli ərazilərin müəyyənləşdirilməsinə, dərin neft qaz yataqlarının tədqiqatı üçün geofiziki üsulların (AVO analiz, CDP nəzarət, seysmik anizotropiya) inkişaf etdirilməsinə həsr olunmuşdur".

REA-nın Yerin Fizikası İnstitutundan, REA-nın müxbir üzvü A.B. Nikolayev: "AMEA-nın müxbir üzvü H.Quliyev MDB dövlətlərinin geofizik geoloq alimləri içərisində ən parlaq istedadlılarındandır. O, geologiya geofizikanın, geomexanikanın, Yerin təkamülünün, ümumi seysmologiyanın seysmokəşfiyyatın çox geniş nəzəri praktiki problemlərini qeyri ənənəvi qoyuluşda tədqiq edir. Onun nəticələri elmin yeni istiqamətinin ön cəbhəsində yerləşir kifayət qədər dərk olunmayıb qiymətləndirilməyib. Onun ideyalarının həm Azərbaycan elmində həm Rusiyada aktiv surətdə tətbiq edilməsi Azərbaycan-Rusiya elmi əlaqələrinin genişləndirilməsinə inkişafına səbəb olacaq. Buna çox böyük zərurət vardır".

BP şirkətinin işlənmə üzrə vitse-prezidenti Dr. Greg Riley: "Dr. H. Quliyevi fundamental elmi nəticələri neft problemlərinin geofiziki tədqiqatlarına tətbiq edən böyük alim kimi tanıyırıq. Biz onunla 15 ildən artıq bir müddətdə Cənubi Xəzər hövzəsinin müxtəlif sahələrində birgə elmi tədqiqatları müvəffəqiyyətlə yerinə yetirmişik. Bu əməkdaşlıq iki üç ölçülü geofiziki məlumatların geniş istifadəsinə, seysmik anizotropiya probleminin həllinə öyrənilən sahələrin petrofiziki modellərinin qurulmasına imkan vermişdir".

H. Quliyevin işlərinə bu yönümdə dünyanın aparıcı alimlərinin daha onlarla geniş ətraflı rəyləri mövcuddur. Onun rəhbərliyi bilavasitə iştirakı ilə, aparıcı neft şirkətlərinin sifarişi ilə həyata keçirilmiş elmi-texniki layihələrə geniş   hərtərəfli müsbət rəylər verilmişdir.

H. Quliyev həm deformasiyaya uğrayan bərk cism mexanikası, tətbiqi riyaziyyat kosmologiya sahəsində elmimizə qiymətli töhfələr vermişdir. Geologiya, geofizika, seysmologiya digər sahələrdə alınmış mühüm nəticələrin əsasını onun özünün, həmkarlarının onların kompozit materiallar mexanikasında birgə yerinə yetirdikləri fundamental tədqiqatlar təşkil edir.

H. Quliyevin onun həmkarları AMEA-nın müxbir üzvləri S. Əkbərov R. Cavanşir dünyanın mötəbər elmi dərgilərində çap olunmuş monoqrafiya elmi əsərləri silsiləsi "Kompozit materiallar geoloji mühit mexanikasının müasir elmi əsaslarının yaradılması, elm texnikanın müxtəlif sahələrində tətbiqi" 2014- il Azərbaycan Respublikasının Elm üzrə Dövlət mükafatına təqdim olunub. Hesab edirik ki, həyata keçirilmiş elmi tədqiqatların əhatə genişliyi, dərinliyi, dünya elmi ictimaiyyətinə çatdırılması miqyasına, alınmış nəticələrin fundamental praktiki əhəmiyyətinə Azərbaycan elminin dünyada təbliği istiqamətdəki əldə etdikləri nailiyyətlərə görə bu silsilə işlərin müəllifləri Dövlət mükafatına tamamilə layiqdirlər.

Beləliklə bu kiçik məqalədə, əziz oxucular, sizlərə ölkəmizin geofizika sahəsindəki aparıcı alimlərdən biri - AMEA-nın müxbir üzvü Hətəm Quliyev təqdim olunur, onun çoxşaxəli elmi fəaliyyətinin bir hissəsi haqqında dünyanın bir sıra qabaqcıl elmi xadimlərinin fikri sizlərə çatdırılır.

Professor V.C. Hacıyev
AMEA Riyaziyyat Mexanika İnstitutu,

Professor Ə.B. Həsənov
AMEA Geologiya Geofizika İnstitutu

 





08.05.2014    çap et  çap et