525.Az

Avropa Parlamentinin sədri vəfat edib


 

Avropa Parlamentinin sədri vəfat edib<b style="color:red"></b>

Avropa Parlamentinin sədri David Sassoli vəfat edib.

525.az-ın xəbərinə görə, Sassoli ötən gün səhhətindəki problemlə əlaqədar xəstəxanaya yerləşdirilmişdi.

Sassolinin mətbuat katibi bildirib ki, o, İtaliyanın Aviano şəhərindəki onkoloji xəstəxanada dünyasını dəyişib. Ötən həftə koronavirus şübhəsi ilə Strasburqda xəstəxanaya yerləşdirilən siyasətçinin testinin nəticəsi mənfi olmuşdu.

Keçmiş televiziya jurnalisti Sassoli ilk dəfə 2009-cu ildə Avropa Parlamentinin deputatı seçilmiş, 2019-cu ildən isə quruma rəhbərlik edirdi.

 





11.01.2022    çap et  çap et