525.Az

Bakı-Naxçıvan təyyarəsi dumana görə geri qayıdıb


 

Bakı-Naxçıvan təyyarəsi dumana görə geri qayıdıb<b style="color:red"></b>

Əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) J2-251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən təyyarənin kapitanı aeroporta qayıtmağa qərar verib.

AZAL-dan 525.az-a verilən məlumata görə, təyyarə saat 08:50-də Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.

Hava şəraiti yaxşılaşdıqdan sonra sərnişinlər Naxçıvana yola düşəcəklər.

 





11.01.2022    çap et  çap et