525.Az

İkili diplom proqramlarına müraciət etmək istəyənlərin nəzərinə


 

İkili diplom proqramlarına müraciət etmək istəyənlərin nəzərinə<b style="color:red"></b>

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən dörd ikili diplom proqramından ikisi ali təhsilin magistratura səviyyəsi üzrədir.

Bu barədə 525.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə ABŞ-ın Corc Vaşinqton Universiteti arasında təhsil və insan kapitalının inkişafı və ADA Universiteti ilə ABŞ-ın Corc Vaşinqton Universiteti arasında kompüter elmləri və verilənlərin təhlili və elektrik və elektroenergetika ixtisasları üzrə keçirilən ikili diplom proqramlarında tələbə adını qazanmaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən magistratura imtahanının birinci mərhələsində iştirak etmək zəruridir.

Dövlət İmtahan Mərkəzinin fevral ayında təşkil edəcəyi magistratura imtahanında iştirak edərək Dövlət Proqramının tələbəsi olmaq mümkündür.

 





11.01.2022    çap et  çap et