525.Az

Halal zəhmət üz ağardar


 

Halal zəhmət üz ağardar <b style="color:red"></b>

El üçün yanan el gözündə uca olar hər zaman. Bunun üçün dahi olmaq lazımdır, alim. Sadəcə ulu Tanrının verdiyi ömür payını, keçdiyin həyat yolunu  vicdanla, ləyaqətlə yaşamaq kifayətdir. Həyatda öz yolunu tapmaq, onun dolambaclarında azmamaq böyük xoşbəxtlikdir. Ancaq ağlın gücündən istifadə etməklə, xalqa arxalanmaqla  ibrətli ömür yaşayıb, özündən sonra bir iz qoyub getmək olar. Bunu da dünyası, mənəvi  aləmi saflıqla, xeyirxahlıqla, insanlığa  sevgi ilə dolu olanlar  bacararlar. Belə insanlardan biri haqqında söhbət açmaq istəyirəm.

Etibar Məsim oğlu Nuriyev. Bu sadə , zəhmətkeş insanı  yaxından tanıyanlar onun qədər saf, təmiz, həyatının mənasını halal zəhmətdə, xalqına, millətinə xidmət etməkdə görən bir insan olduğunu bilirlər.

Etibar Nuriyev 1960- ildə qədim Şəkinin Gəncəli məhəlləsində anadan olub. Boya-başa çatdığı Şəki torpağının əsrarəngiz gözəlliyi onu kiçik yaşlarından ofsunlamış, onda torpağa, təbiətə sevgi hisslərini artırmışdır. O, orta məktəbi bitirib, əsgəri xidmətini  başa vurduqdan sonra, Şəki Aqrar Sənaye İB- mühasib kimi fəaliyyətə başlayıb. 1998-ci ildə Ali Menecmen Universitetinin qiyabi şöbəsini bitirməklə yanaşı bir sıra özəl müəssisələrdə  baş mühasib, 1990- ildən "Şərq" şirniyyatı ASC- sədr müavini vəzifəsində çalışıb.

İnsan yaranandan təbiətlə təmasdadır. Əslində insanın özü təbiətin bir parçasıdır. Lakin təbiəti sevməklə yanaşı onun qayğısına qalmaq da vacibdir. Etibar Nuriyevi insanlara sevdirən məhz onun torpağa, təbiətə böyük sevgisi olub. O, uşaqlıqdan qəlbində gəzdirdiyi bir arzusunu həqiqətə çevirmək üçün Şəkinin kənarında yerləşən, başqalarının əhəmiyyət vermədiyi 5 hektarlıq baxımsız bir sahədə bağ-bağat salıb şəxsi təsərrüfat yaratmaq qərarına gəlib. Bu asan olmayan işin öhdəsindən gəlmək üçün gecəli-gündüzlü çalışıb. Ətrafına bir neçə işçi qüvvəsi cəlb etməklə dövlətdən dəstək alıb.

Halal zəhmət həmişə üz ağardar - deyiblər. Çox çəkmir ki, bir zamanlar yararsız suların bataqlığa çevirdiyi bu gərəksiz ərazi insanın ruhunu oxşayan gözəl  məkana çevrilir.

İnsan əlləri nəyə qadir deyil ki? Təki istək olsun. Etibar müəllimin böyük həvəs zövqlə yaratdığı bu məkan ilk növbədə səliqə - səhmanı bir sıra özəllikləri ilə diqqəti cəlb edir. Burada Azərbaycanın təbiətinə uyğun bütün növlərdən olan  meyvə ağacları, müxtəlif bitki növləri  çox qəribə, nizami düzülüşü ilə adamı valeh edir. Ondan artıq üzüm, növbənöv çiyələk, moruq böyürtkən  növlərindən  tutmuş, təbiətin gözəl neməti olan Seylon çayından  zəfərana qədər becərilir. Hələ növbənöv güllərin, çiçəklərin  gözəlliyindən, ətrindən danışmıram.

Etibar müəllimin təsərrüfatında quşçuluğa, balıqçılığa da böyük yer ayrılmışdır. Ev quşlarından  toyuq, qaz, ördək, hinduşka,  bildirçin, o cümlədən növbənöv çöl quşları, böyük sayda arı ailəsi, çoxlu balıq növləri yetişdirilir. Bir sözlə o, Azərbaycan  faunasını tam şəkildə kiçik bir ərazidə yerləşdirməyə nail olub. Bu gün respublikamıza gələn, yolu Şəkidən düşən xarici qonaqlar, xüsusən mütəxəssislər bu cənnətməkanı  mütləq  ziyarət edir   öz heyranlıqlarını gizlədə bilmirlər.

Etibar müəllim dövlətin sahibkarlıq üçün yaratdığı yüksək şəraitdən, diqqət qayğıdan razılıq edir bu onu daha böyük həvəslə çalışmağa sövq edir. O, Şəki Sahibkarlıq Assosiasiyasının Şəki Bələdiyyəsinin üzvüdür. Respublika Sahibkarlar Konfederasiyasının üzvü kimi dünyanın bir çox yerində - o cümlədən Almaniyada, Hollandiyada, İtaliyada, İspaniyada, Fransada, Portuqaliyada, Türkiyədə, İranda, Pakistanda    digər ölkələrdə olub. O,  getdiyi  ölkələrdə gördüyü yenilikləri  daha da təkmilləşdirilmiş şəkildə  öz təsərrüfatında  tətbiq edir. Hər bir litr suyun hər bir kv. metr torpağın qədrini bilmək,  ondan səmərəli istifadə etmək - bu Etibar müəllimin həyat devizidir.

Etibar Nuriyev həm gözəl ailə başçısıdır. O, övladlarına ali təhsil verməklə bərabər, onlara təbiəti sevdirə bilib. Müxtəlif peşə sahibləri olmalarına baxmayaraq imkan düşdükcə  ata yurduna yığışıb, bir yerdə  təbiətin seyrinə dalmaq ailənin ən böyük sevincidir. 

Yeri gəlmişkən, yolu Şəkiyə düşənlərə mütləq Etibar müəllimin böyük həvəs, qayğı məhəbbətlə yaratdığı bu cənnətməkana baş çəkməyi məsləhət görürəm.   

S.BABAŞOVA,

Bakı Dövlət Universitetinin əməkdaşı

 





08.05.2014    çap et  çap et