525.Az

XİN-də diplomatik xidmətə qəbul imtahanına qeydiyyat başa çatır


 

XİN-də diplomatik xidmətə qəbul imtahanına qeydiyyat başa çatır<b style="color:red"></b>

Xarici İşlər Nazirliyinə diplomatik xidmətə qəbul imtahanına qeydiyyat sona yaxınlaşır.

DİM-dən 525.az-a bildirilib ki, Xarici İşlər Nazirliyinə diplomatik xidmətə qəbul imtahanı 2022-ci il yanvarın 23-də keçiriləcək. İmtahanda iştirak etmək üçün qeydiyyat 12 yanvar saat 18:00-dək davam edəcək.

Daha ətraflı məlumat almaq və qeydiyyatdan keçmək üçün qeyd olunan linkdən istifadə etmək olar: https://exidmet.dim.gov.az/elimt/XINTest/elan

 





11.01.2022    çap et  çap et