525.Az

Qazaxıstan qarı - İbrahimxəlildən yeni şeir


 

Qazaxıstan qarı -<b style="color:red"> İbrahimxəlildən yeni şeir</b>

Bitib ümidimdə saz - qamışlanıb...
...ağrını-acını bilirəm, qazax!
Gəlib matəminə çatdım, bağışla;
mən Sarıqamışdan gəlirəm, qazax!

O vaxtlar donaraq şəhid olmuşdum,
yaramı Ağrıdağ sarıdı, qardaş.
Qars ayazı deyil canımda, vallah,
Alma-Ata yolunun qarıdı, qardaş!

Uçmuşam, eh, buzum açılar deyə...
eh, Ağrıdağ boyda dağ geyinmişəm.
Gəlib matəminə çatdım, bağışla;
bağışla, bircə mən ağ geyinmişəm...

...mən Sarıqamışdan gəlirəm, qazax!

İbrahimxəlil
 

 





11.01.2022    çap et  çap et