525.Az

ADMİU-da “Qloballaşma prosesi və Heydər Əliyev fenomeni” mövzusunda elmi-nəzəri konfrans keçirildi


 

ADMİU-da “Qloballaşma prosesi və Heydər Əliyev fenomeni” mövzusunda elmi-nəzəri konfrans keçirildi <b style="color:red"></b>

Dünən ADMİU-da Umummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmişQloballaşma prosesi Heydər Əliyev fenomenimövzusunda elmi-nəzəri konfrans keçirildi.

 

Konfransı giriş sözü ilə açan rektor, professor Fərəh Əliyeva çıxış edərək Azərbaycan tarixində qüdrətli dövlət xadimi, misilsiz xidmətləri dühası ilə dünya miqyasında tanınan Ulu öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinə, incəsənətinə milli-mənəvi dəyərlərimizə qayğısından söz açdı: “Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyevin qayğısından bəhrələnməsin. Musiqimiz, teatrımız, kino sənətimiz, heykəltaraşlıq, rəssamlığımız mədəniyyətimizin digər sahələri bugünkü inkişafında Ulu öndərin çox dəyərli ideyalarından qayğısından bəhrələnib. Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoydu. Mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə tanındı. Danılmaz faktdır ki, Azərbaycan mədəniyyətinin görkəmli xadimləri Heydər Əliyev dövründə olduğu qədər heç zaman tanınmayıb. Ulu öndər mədəniyyətimizi yaradan, onu inkişaf etdirən insanların əməyini yüksək qiymətləndirir, onların daim qayğısını çəkirdi.

 

Xalqımızın milli-mənəvi dəyərlərinin kökləri çox qədim zamanlara gedib çıxsa da, XX əsrdə onun mədəni həyatında yeni bir dövr başlandı ki, bu da Heydər Əliyevin adı ilə bağlı olan bir dövrdür. Ulu öndər deyirdi: “Hər bir xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”.

 

Fərəh Əliyeva Ulu öndərin təhsil mədəniyyət sahəsindəki konsepsiyalarının tarixi uzaqgörənliklə formalaşdırılmasını xüsusilə diqqətə çatdırdı: “Əlbəttə, Heydər Əliyevin mədəniyyət konsepsiyası çox dərin geniş anlayışdır. Bu gün Azərbaycanın təhsil mədəniyyət sahəsində Heydər Əliyev tərəfindən əsası qoyulan müasir siyasətin idarəçiliyin aparıcı istiqamətləri keçmişi, milli-mədəni sərvətləri qoruyub saxlamaq, indiki nailiyyətləri dəstəkləmək inkişaf etdirmək, gələcəyə inamla baxmaqdır.

 

Heydər Əliyev ideallarını yeni tarixi şəraitdə uğurla həyata keçirən H.Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyev uğurla davam etdirir. Həmçinin Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin dünya ictimaiyyətinə çatdırılması bu yöndə uğurlu fəaliyyətini Ulu öndərin mədəniyyət konsepsiyasının davamı kimi dəyərləndirmək lazımdır.

 

Ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətində elm,  təhsil, mədəniyyət, səhiyyə idmanın inkişaf etdirilməsi əhəmiyyətli yer tuturdu. Fond da öz növbəsində bu sahələrdə layihələrin həyata keçirilməsinə, xüsusilə milli-mənəvi dəyərlərin qorunmasına təbliğinə yardım edir. Qürurverici haldır ki, bu gün Azərbaycan mədəniyyət sahəsində bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edir”.

 

Konfransda qeyd olundu ki, müasir Azərbaycan dövlətinin qurucusu olan, həyatını xalqına xidmətə həsr edən ümummilli lider Heydər Əliyevi daim qəlblərdə yaşadan, xatirəsini əbədiləşdirən, bu böyük insanın adının hər zaman dərin ehtiramla anılmasına səbəb olan amillərdən biri humanizm prinsiplərinə söykənən nəcib əməlləridir. Siyasi uzaqgörənliyi, müdrikliyi, qətiyyəti əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi olan Heydər Əliyev öz xeyirxahlığı, sosial ədalət prinsiplərinə sadiqliyi, milli-mənəvi dəyərləri daim uca tutması, cəmiyyətin tərəqqisi naminə göstərdiyi titanik fəaliyyəti ilə yaddaşlarda əbədi iz qoyub. Çıxış edən incəsənət xadimləri Ulu öndərin mədəniyyətə olan qayğısından geniş söz açdılar.

 

KonfransdaHeydər Əliyevin mədəniyyət konsepsiyası”, “Heydər Əliyev ifaçılıq sənəti”, “Heydər Əliyev Azərbaycan teatrı”, “Milli mədəniyyətin hamisi”, “Əvəzolunmaz lider, uzaqgörən şəxsiyyət”, “Heydər Əliyev irsində milli muğam problemləriadlı məruzələr dinlənildi. 

 

Gündüz ƏLİYEV

 

 





09.05.2014    çap et  çap et