525.Az

Avropa Parlamentinin yeni rəhbər vəzifəsinə seçkilər yanvarın 18-də keçiriləcək


 

Avropa Parlamentinin yeni rəhbər vəzifəsinə seçkilər yanvarın 18-də keçiriləcək<b style="color:red"></b>

Avropa Parlamentinin (AP) yeni prezidenti vəzifəsinə seçkilər yanvarın 18-də Strasburqda baş tutacaq plenar iclas zamanı keçiriləcək.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə AP-nin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, AP-yə müvəqqəti olaraq Avropa İnstitutu sədrinin birinci müavini Roberta Metsole rəhbərlik edəcək.

Qeyd edək ki, AP-nin 65 yaşlı prezidenti David Sassoli çərşənbə axşamı Aviano şəhərində gecə saatlarında vəfat edib.

 





11.01.2022    çap et  çap et