525.Az

“Heydər Əliyev və Azərbaycan kinosu” mövzulu konfrans keçirilib


 

 “Heydər Əliyev və Azərbaycan kinosu” mövzulu konfrans keçirilib <b style="color:red"></b>

Nizami KinoMərkəzində Azərbaycan Dövlət Film Fondunun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmişHeydər Əliyev Azərbaycan kinosumövzusunda konfrans keçirilib.

 

Konfransda Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova, bu qurumun icraçı katibi, əməkdar incəsənət xadimləri Cəmil Quliyev, kinoşünas Aydın Kazımzadə, yazıçı Natiq Rəsulzadə çıxış edərək son illərdə ölkəmizdə mədəniyyətin inkişafı istiqamətində atılmış addımlardan, ümummilli lider Heydər Əliyevin mədəniyyət incəsənət xadimlərinə, kino sahəsində çalışanlara göstərdiyi diqqət qayğıdan, Azərbaycan kinosunun əldə etdiyi uğurlardan danışıblar: “Azərbaycan kinematoqrafçılarının yaradıcılığının reallaşmasında, layihələrinin işıq üzü görməsində, ümumən milli kinomuzun inkişafında kino işçiləri ordusunun ən etibarlı zamini, kinomuzun təəssübkeşi hamisi, ümummilli liderimiz Heydər Əliyev olub. Ulu Öndər istər Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsində işləyərkən, istərsə Azərbaycan KP MK-nın birinci katibi olarkən mədəniyyətimizin inkişafına böyük qayğı göstərib. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə –1976- ildə milli kinomuzun 60 illik yubileyinin keçirilməsi ilə bağlı kino işçilərinin böyük dəstəsinə fəxri adlar verilib. “Azərbaycanfilmin texniki bazasını möhkəmləndirmək məqsədilə iri məbləğdə vəsait ayrılıb, kinostudiya üçün yeni avadanlıqlar alınıb: “Azərbaycanfilm müxtəlif vaxtlarda çəkilmiş bəzi filmlərin sovet ideologiyasının tələblərinə tam cavab vermədiyi üçün ekrana buraxılmamaq təhlükəsi yaranarkən kino işçilərinin köməyinə yenə ümummilli liderimiz Heydər Əliyev gəlib hər dəfə bu problemi müsbət həll edib. “Bir cənub şəhərindəİstintaqbədii filmlərini buna misal göstərə bilərik. “Şəhərin yay günləripyesinin ekranlaşdırılması, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin şəxsiyyətinin araşdırılıb üzə çıxarılması, onun haqqındaUzaq sahillərdəfilminin çəkilməsi ideyası da ulu öndər Heydər Əliyevə məxsusdur. Hətta Ulu ÖndərBabəkfilminin istehsalı ilə bağlı Moskvanın verdiyi vəsaitdən əlavə filmə respublika büdcəsindən iki dəfə çoxbir milyon rubl ayırıb. Kinematoqrafçılarımız da Ulu Öndərimiz barədə bir sıra maraqlı filmlər çəkib bu müqəddəs bu gün uğurla davam etdirilir. Hər il avqustun 2- Azərbaycan Kinosu Günü qeyd edilir”.

 

Tədbirdə vurğulanıb ki, əgər 2003- ildə Azərbaycan kinosuna bir milyon yarım manat vəsait ayrıldığı halda , hazırda bu məbləğ 7 milyon manat civarındadır. Əgər 2003- ildə Azərbaycanın kino sənayesində il ərzində 3-4 filmlə qənaətlənirdisə, son on ildəAzərbaycanfilmKinostudiyasında 70-dən çox tam qısametrajlı film çəkilib. Son 10 ildə Azərbaycan filmləri dünyanın 70-dən artıq ölkəsində 100-ə yaxın beynəlxalq festivallarda nümayiş etdirilib. Son 10 ildə Azərbaycan kinosu ilk dəfə olaraq dünya şöhrətli Kann festivalına qatılmaq imkanı əldə edib. Prezident İlham Əliyevin müvafiq sərəncamı iləAzərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramıtəsdiq olunub müvafiq istiqamətdə bir çox mühüm işlər görülüb.

 

S.ABDULLAYEVA

 

 





09.05.2014    çap et  çap et