525.Az

“Heydər Əliyev və türk dünyası” müzakirə edilib


 

“Heydər Əliyev və türk dünyası” müzakirə edilib <b style="color:red"></b>

 

Beynəlxalq Mətbuat Mərkəzində (BMM) “Aşıq ŞəmşirMədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr edilmişHeydər Əliyev türk dünyasımövzusunda konfrans keçirilib.

 

Milli Məclisin deputatlarıXalq şairi Sabir Rüstəmxanlı, Qənirə Paşayeva, İctimai Birliyin mətbuat xidmətinin rəhbəri Həbib Misirov başqaları müstəqil Azərbaycanın memarı qurucusu, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkənin siyasi, iqtisadi sosial bəlalardan xilas olduğunu, dünya ictimaiyyətinin Azərbaycanın müstəqilliyini birmənalı olaraq qəbul etdiyini bildiriblər.

 

Xalq şairi Zəlimxan Yaqub ulu öndər Heydər Əliyevin xatirəsinin həmişə ehtiramla yad olunacağını bildirib, ümummilli liderə həsr etdiyiƏbədiyyət dastanıpoemasından bir parçanı oxuyub.

 

İstanbul-Azərbaycan Dərnəyinin rəhbəri Səfər Karakoyunlu ulu öndər Heydər Əliyevin türk dünyasının oğlu olduğunu Bir millət, iki dövlətmüdrik kəlamının müəllifi kimi hər iki qardaş xalqın ürəyində əbədi yaşayacağını söyləyib. Türkiyəli qonaq, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevə Türkiyədə dünyanın bir çox yerlərində yaşayan türk qardaşlarımız adından təşəkkürünü bildirib. Praqa şəhərində Avropa İttifaqınınŞərq tərəfdaşlığıProqramının növbəti Sammiti zamanı Türkiyəni soyqırımı iddiaları ilə günahlandırmaq istəyən Ermənistan prezidenti Serj SarkisyanaTürkiyə burada yoxdur, amma mən varamdeyərək, ulu öndər Heydər Əliyevin Mustafa Kamal Paşa Atatürkün yolunun layiqli davamçısı olduğunu sübut etdiyini söyləyib.

 

Konfransda Dədə Şəmşirin Ulu Öndərə həsr etdiyi şeirlər əsasında çəkilmişZərli tac kamallı başa yaraşıradlı sənədli film nümayiş etdirilib. Sonda Azərbaycan-Türkiyə dostluq, qardaşlıq əlaqələrinin genişlənməsinə layiqli töhfələr vermiş Səfər KarakoyunluyaAşıq ŞəmşirMədəniyyət Mərkəzi İctimai BirliyininTəşəkkürnaməsi təqdim olunub.

 

S.ABDULLAYEVA

 

 





09.05.2014    çap et  çap et