525.Az

Ermənistanın Kəlbəcərdəki təxribatı ilə bağlı cinayət işi başlanıb


 

Ermənistanın Kəlbəcərdəki təxribatı ilə bağlı cinayət işi başlanıb<b style="color:red"></b>

Ermənistan silahlı qüvvələrinin Kəlbəcərdə törətdiyi təxribatla bağlı cinayət işi başlanıb.

Bu barədə 525.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, 1998-ci il təvəllüdlü əsgər Ayaz Nəzərovun Kəlbəcər rayonu ərazisində xidməti vəzifələrinin icrası zamanı düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olması faktı ilə bağlı Kəlbəcər Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə istintaq davam edir.

 





12.01.2022    çap et  çap et