Yazıçı-tərcüməçi Kamran Nəzirli “Müasir Azərbaycan poeziyası” almanaxını ingilis dilində nəşrə hazırlayıb. Almanaxa Azərbaycanın tanınmış və istedadlı şairlərinin şeirləri və müəlliflər haqqında məlumatlar daxil edilib. Kitabın redaktoru tanınmış Kanada şairi Patrik Vudkokdur. Məqsəd müasir Azərbaycanın istedadlı şairlərini dünyaya tanıtmaq, müxtəlif nəsillərdən olan yazarların şeirlərini xarici oxucuya çatdırmaqdır.
İngilis dilində nəşr olunacaq kitab səfirliklərə, kitabxanalara, beynəlxalq təşkilatlar və şirkətlərə paylanacaq.
Hazırda kitabın redaktə işi tamamlanmaq üzrədir. Kitaba ingilis dilində şeirləri gedəcək şairlərin adlarını təqdim edirik:Bəxtiyar Vahabzadə, Məmməd Araz, Fikrət Qoca, Cabir Novruz, Ramiz Rövşən, Kamal Abdulla, Vaqif Bayatlı Odər, Zakir Fəxri, Umud Rəhimoğlu, Vaqif Bəhmənli, Ağacəfər Həsənli, Kəmalə Abiyeva, Əjdər Ol, Səlim Babullaoğlu, Sona Vəliyeva, Salam Sarvan, Mahir N. Qarayev, Telli Pənahqızı, Əbülfət Mədətoğlu, Zahir Əzəmət, Günel Şamilqızı, Fərid Hüseyn, Aysel Əlizadə.
İngilis dilində nəşr olunacaq almanaxa ümumilikdə 50 şeir daxil edilib. Kitaba ön sözü də yazıçı-tərcüməçi Kamran Nəzirli yazıb.
Firəngiz AĞALAR
çap et