525.Az

Brüsseldə NATO-Rusiya Şurasının iclası başlayıb


 

Brüsseldə NATO-Rusiya Şurasının iclası başlayıb<b style="color:red"></b>

Brüsseldə NATO-Rusiya Şurasının iclası başlayıb.

525.az-ın xəbərinə görə, iclas NATO Baş Qərargahında keçirilir.

İclasda Avropanın təhlükəsizliyi, Ukrayna və onun ətrafındakı vəziyyət, eyni zamanda, hərbi fəaliyyətlər, şəffaflıq və risklərin aradan qaldırılması müzakirə olunacaq.

Görüşdən sonra NATO-nun Baş katibi Yens Stoltenberq NATO-Rusiya Şurasının sədri qismində mətbuat brifinqi keçirəcək.

Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko və müdafiə nazirinin müavini Aleksandr Fomin 2 ildən sonra ilk dəfə keçirilən NATO-Rusiya Şurasında Moskvanın nümayəndə heyətinə rəhbərlik edir. ABŞ Dövlət katibinin müavini Vendi Şerman da NATO-Rusiya Şurasının iclasında iştirak edir.

İclasın təxminən üç saat davam edəcəyi gözlənilir.

Qeyd edək ki, dialoq platforması olan NATO-Rusiya Şurası 20 il əvvəl yaradılıb, lakin Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq etdikdən sonra platformanın iclasları dayandırılıb. Sonuncu dəfə 2019-cu ilin iyulunda NATO-Rusiya Şurası məhdud çərçivədə toplaşıb.

 





12.01.2022    çap et  çap et