“İqtisadi sahədə çox böyük perspektivlər var. Təbii ki, biz birlikdə energetika sahəsində OPEC+ formatında fəal çalışırıq”.
525.az-ın xəbərinə görə, bunu Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının yanvarın 13-də Gülüstan sarayında təməlqoyma mərasimində çıxışı zamanı deyib.
Azərbaycan Prezidenti: “Nəqliyyat inteqrasiyası region üçün böyük imkandır”
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik edib
DİN-in xüsusi rütbəli əməkdaşlarının aylıq pul təminatı artırılıb
“Deyə bilərəm ki, OPEC+ formatı yaradılandan bu günə qədər Səudiyyə Ərəbistanı ilə Azərbaycanın əməkdaşlığında xüsusi rol oynamışdır. Bu formatda iştirak edən digər ölkələrlə bərabər biz neftin qiymətinin sabitləşməsinə nail ola bilmişik”, - dövlət başçısı bildirib.
çap et