Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə uşaq və gənclər arasında hibrid (onlayn və canlı) formatda keçirilən “Sahibkar məktəbli” müsabiqəsinə artıq yekun vurulub.
525.az xəbər verir ki, 2021-ci il 01 oktyabr - 30 dekabr tarixlərində 2 yaş (10-13, 14-16) qrupu üzrə fərdi və qrup (3 və ya 5 nəfərdən ibarət komandalar) şəklində olmaqla Bakı şəhəri və regionlardan ümumilikdə 135 məktəbli müraciət edib.
Müsabiqənin məqsədi məktəblilərin sahibkarlıq bacarıqlarının formalaşdırılması, onlar arasında kiçik biznesin inkişaf etdirilməsi, liderlik potensialı və kreativ düşüncəyə malik olan yaradıcı və istedadlı uşaqların üzə çıxarılmasından ibarətdir.
Müsabiqə üçün biznes layihələri 5 nominasiya üzrə qəbul olunub: İnternet sahibkarlığı (satış); Sosial, ictimai sahədə sahibkarlıq; Yeni masaüstü və onlayn oyunlar; Ekoloji təmiz məhsul və uşaqlar üçün qidalar; Resursların təkrar emalı - yeni məhsulların dizaynı və istehsalı.
Gənc sahibkarlar üçün “Dadashsoy Business School” Elvin Dadaşsoy, “Social Innovation Lab” Cəsur Həsənov, “FR Collection” Ruslan Hüseynov və digər peşəkar ekspertlər tərəfindən vebinarlar və proqram müddətində Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində nominasiyalar üzrə professional start-upların və mentorların işi təşkil edilmişdir. 12 yanvar 2022-ci ildə finalda 40 məktəbli arasından hər iki yaş qrupu üzrə seçilən iki “Ən Yaxşı Sahibkarlıq Layihəsi” və 1-ci, 2-ci, 3-cü yerlərin qalibləri diplom və hədiyyələrlə təltif olundu.
Final tədbirində Təhsil Nazirliyi Məktəbdənkənar fəaliyətin təşkili şöbəsinin sektor müdiri Qeyrət Şirəliyev və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə, münsiflər heyətindən “Resursların təkrar emalı - yeni məhsulların dizaynı və istehsalı” nominasiyası üzrə “AzEkol” MMC şirkətinin direktoru Ruslan Ağayev, “Sosial-ictimai sahədə sahibkarlıq” nominasiyası üzə Cəmilə İbrahimova, Avropa İttifaqının maliyyələşdirdiyi BMTİP-nin həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsinin rəhbəri, “İnternet sahibkarlığı” nominasiyası üzrə Nailə Hüseynova, “Competo” MMC-nin İnsan Resursları Departamentinin direktoru, “Ekoloji təmiz məhsul və uşaqlar üçün qidalar” nominasiyası üzrə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi İnstitutunun ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Elməddin Xəlilzadə, “Yeni masa üstü və onlayn oyunlar” nominasiyası üzrə “Tik-Talk” antikafenin, masa üstü oyunları üzrə meneceri Ucal Əzizzadə iştirak etdilər.
Tədbirin sonunda bütün nominasiyalar üzrə “Ən Yaxşı Sahibkarlıq Layihəsi”-nin qalibləri mükafatlandırıldı: 10-13 yaş kateqoriyası, Məmmədli Musab (S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyası) - "Rubpoint" layihəsi (nominasiya - Resursların təkrar emalı - yeni məhsulların dizaynı və istehsalı); 14-16 yaş kateqoriyası, Hüseynzadə Nihal (RUGİM) - “Oqida.az ilə qida israfından uzaq olaq-aclığa güc gələk” online platforması (nominasiya - Sosial/İctimai sahibkarlıq).
İnternet sahibkarlığı (satış) nominasiyası üzrə: 10-13 yaş kateqoriyası, 1-ci yer - Yusifzadə Əli, 2-ci yer - Əsgərova Leyla, 3-cü yer - Qurbanova Səkinə. 14-16 yaş kateqoriyası, 1-ci yer - Hüseyinli Zeynəb, 2-ci yer - Rzalı Mədinə, 3-cü yer - İsmayilov Əli.
Sosial / ictimai sahədə sahibkarlıq nominasiyası üzrə: 10-13 yaş kateqoriyası, 1-ci yer - Əhmədova Fatimə, 2-ci yer - Məmmədli Rəna, 14-16 yaş kateqoriyası, 1-ci yer - Süleymanzadə Səyyid, 2-ci yer - Həsənli İbrahim.
Yeni masa üstü və onlayn oyunlar nominasiyası üzrə:10-13 yaş kateqoriyası, 1-ci yer - Həzizade Huseyin, 2-ci yer - Əhmədli Hüseyin.
Ekoloji təmiz məhsul və uşaqlar üçün qidalar nominasiyası üzrə:10-13 yaş kateqoriyası, 1-ci yer - Əliyev Ziya, 2-ci yer - Əlizadə Məhəmməd.
Resursların təkrar emalı - yeni məhsulların dizaynı və istehsalı nominasiyası üzrə: 10-13 yaş kateqoriyası, 1-ci yer - Bağırlı Ləman, 2-ci yer - Əliyev Zəkəriyyə, 3-cü yer - Bağmanlı Mələknur, 14-16 yaş kateqoriyası, 1-ci yer - Ağayeva Ayla, 2-ci yer - Macabalitao Aylan, 3-cü yer - Hüseyinəliyeva Dilarə.