525.Az

Qazaxıstandan Azərbaycana aviareyslər bərpa olunur


 

Qazaxıstandan Azərbaycana aviareyslər bərpa olunur<b style="color:red"></b>

Azərbaycan və Qazaxıstan arasında hava nəqliyyatı ilə sərnişin daşımaları bərpa olunur.

525.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanından verilən məlumata görə, bu gün Bakı vaxtı ilə saat 12:55-də Nur-Sultan-Bakı istiqaməti üzrə uçan təyyarə Bakıya eniş edəcək. Reys Qazaxıstanın "Air Astana" şirkəti tərəfindən yerinə yetirilir. Qeyd olundu ki, bu istiqamət üzrə ikinci reys yanvarın 16-da yerinə yetiriləcək və təyyarə Bakıda saat 21:50-ə eniş edəcək.

Hava limanından bildirilib ki, bu həftə cədvələ görə, Almatı-Bakı istiqaməti üzrə üç reysin həyata keçirilməsi nəzərdə tutulub – cümə axşamı, cümə və bazar günləri. Lakın onların yerinə yetirilib-yetirilməyəcəyi barədə dəqiq məlumat yoxdur.

"Bu reyslər cədvəldə nəzərdə tutulub, lakin onların yerinə yetirilməsi barədə dəqiq bir məlumat yoxdur. Çox güman ki, bu reyslər yenidən təxirə salınacaq", - aeroportdan bildirilib.

 





13.01.2022    çap et  çap et