525.Az

Yoluxanların sayı açıqlandı


 

Yoluxanların sayı açıqlandı<b style="color:red"></b>

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 674 yeni yoluxma faktı qeydə alınıb, 509 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 525.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 623 555 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 607 397 nəfər müalicə olunaraq sağalıb, 8 490 nəfər vəfat edib, aktiv xəstə sayı 7668 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 386, ötən müddət ərzində isə ümumilikdə 5 978 735 test aparılıb.

 





13.01.2022    çap et  çap et