525.Az

Peyvənd olunanların sayı açıqlandı


 

Peyvənd olunanların sayı açıqlandı<b style="color:red"></b>

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 29 887 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 525.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 678, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 158, buster doza üzrə vaksinasiya olunanların sayı isə 24 051 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 592 507, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 193 025, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 706 413, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 693 069 təşkil edir.

 





13.01.2022    çap et  çap et