525.Az

BMT zəlzələ qurbanlarını anıb - Foto


 

BMT zəlzələ qurbanlarını anıb -<b style="color:red"> Foto</b>

Birləşmiş Millətlər Təşkilatı (BMT) 2010-cu ildə Haitidə baş verən və minlərlə insanın həyatını itirdiyi zəlzələ qurbanlarının xatirəsini anıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, 12 yanvar 2010-cu ildə Haitidə Rixter şkalası üzrə 7 bal gücündə zəlzələ baş verib. Aralarında BMT işçiləri də daxil olmaqla xeyli sayda insanın həyatını itirdiyi zəlzələnin 12-ci ildönümü təşkilatın sosial media hesablarında paylaşım və açıqlamaları ilə anılıb.

BMT-nin baş katibi Antonio Quterreş paylaşımında həyatını itirənlərin heç vaxt unudulmayacağını ifadə edib: "12 il əvvəl Haitidə baş verən dağıdıcı zəlzələ BMT ailəsinin 102 üzvü də daxil olmaqla minlərlə insanın həyatına son qoydu. Onlar heç vaxt unudulmayacaq”.

Açıqlamada zəlzələ günü Haiti tarixinin ən qara günlərindən biri olaraq xarakterizə edilib. Ölkənin yenidən bərpasında xalqının gücündən, qurumlarının işindən və bir çox insanın köməyindən faydalandığı bildirilib.

EL Roman

 





13.01.2022    çap et  çap et