525.Az

Jurnalist Səmayə Məmmədovanın kitabının təqdimat mərasimi keçirilib


 

Jurnalist Səmayə Məmmədovanın kitabının təqdimat mərasimi keçirilib<b style="color:red"></b>

“Four Seasons Hotel”də jurnalist Səmayə Məmmədovanın “Peşəkarlığın rəsmi” kitabının təqdimat mərasimi keçirilib.

525.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə iştirak edən alimlər, mədəniyyət nümayəndələri, jurnalistlər və ictimai xadimlər media və piar sahəsində ilk addımlar atan gənclər üçün bu nəşrin əhəmiyyəti barədə söhbət açıblar.

14 il Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışmış Səmayə Məmmədova bu kitabı onun bütün təşəbbüslərini dəstəkləyən ailəsinə və həmin Nazirliyin sabiq rəhbəri, mərhum Azad Rəhimovun xatirəsinə həsr edib.

Jurnalistika və piar sahəsində 22 illik işi müddətində topladığı təcrübə və biliklərini bölüşən müəllif öz fəaliyyətində yol verdiyi səhvlər barədə də danışır, işdə yaranan mürəkkəb vəziyyətlərdən çıxmağın sonda qarşıya qoyulmuş məqsədlərin uğurla reallaşmasına aparan praktiki yollarını təklif edir. S.Məmmədova 2012-ci il London Olimpiadasından başlayaraq Azərbaycanın olimpiya yığmasının çıxışlarının işıqlandırılması ilə əlaqədar işlər barədə xatirələrini də bölüşür.

Hesab edirik ki, bu nəşr piar sahəsində ilk addımlar atan gənc mütəxəssislər və jurnalistika sahəsində təhsil alan tələbələr üçün maraqlı və faydalı olacaq.

 





13.01.2022    çap et  çap et