525.Az

“Siz kimsiniz? Siz nəsiniz”- Mirşahin sosial şəbəkələrdən yazdı


 

“Siz kimsiniz? Siz nəsiniz”-<b style="color:red"> Mirşahin sosial şəbəkələrdən yazdı</b>

Adətən sosial şəbəkələrdə, xüsusilə də facebook-da haqqımda yazılanlara fikir vermirəm. Hesab edirəm ki, qaragüruhun bir mütəşəkkil dəstə halında mövcud olduğu bu ərazinin “liderləri”, “ulduzları”, “lokomotivləri” əsasən real həyatda uğursuz olanlardır. Onların öz həyat tərzləri, öz yaşayış normaları var. Amma eyni zamanda bunu da nəzərə almağa çalışmışam ki, bu siqmentdə faydalı məlumat və sağlam mövqe maraqlıları da var ki, onları da yaddan çıxarmaq olmaz.

Mənim şəxsi mövqeyim belədir ki, Azərbaycanda sosial şəbəkələrlə iş Almaniya, Fransa, Türkiyə və s. belə ölkələrdə qurulduğu kimi tənzimlənməlidir. Buranın hərcayı, başıpozuq, tərbiyəsiz fonu tutaq ki Finlandiyadakı sosial şəbəkələrlə müqayisə edilməli və təcrübəsi öyrənilməlidir ki, nə üçün onlardakı facebook bu qədər ictimai, elmi, intellektual səmərəlidir. Bizdən fərqli olaraq. Müxtəlif vaxtlarda narahatlığımı bildirmişəm, son zamanlar isə Media haqqında Qanunun müzakirəsi zamanı, ondan qabaq, elə ondan sonra da fikirlərimi bu mövzuda açıq ifadə etmişəm. BİR DAHA təkrar edirəm: Facebook qaragüruhun güclü təsiri altındadır. Bu düşərgə dövlət əleyhinə aktiv istifadə olunan platformalar birliyidir. 

Şantaj edirlər. 

Linç edirlər. 

Dövlətin siyasi-iqtisadi-hərbi prioritetlərini məqsədyönlü şəkildə vurmaqla Prezidenti-Ali Baş Komandanı, Ermənistan üzərində qazanılmış möhtəşəm qələbəni, milli-mənəvi dəyərləri gözdən salmağa çalışırıar! Söhbət əsla məndən getmir, qətiyyən getmir. Söhbət XALQ anlayışını qəsdən təhrif edərək sosial şəbəkələrdəki bir ovuc aktivisti XALQ-a xalq yerinə sırıyan güruh təmsilçilərinin virtual vətəndaş müharibəsi aparmasımdan gedir! Azərbaycan Dövlətini hər kəs, hər yerdə qorumalıdır. Mənim yanaşmam, mənim yolum budur! Çünki hər kəs müvəqqəti olacaq, Azərbaycan isə əbədi! Bu gün adımdan məlum statusu yazaraq paylaşan siyasi cahillərin, onlardan alovu qapıb başqalarına ötürən “işıldaquşların” bir şeyi bilməsini istəyirəm: Sizə cavab vermirəm və bu sizi incidir, qəzəbləndirir, kinləndirir, kirləndirir.. Amma nahaq yerə! Mənim əsas işim cavab vermək deyil axı, sual verməkdir! Və indi sizə sual verirəm: Siz kimsiniz? Siz nəsiniz? Cavabı “heçkim və heçnə olsa da” soruşuram!!!

 





13.01.2022    çap et  çap et