525.Az

Bağçada uşağı döyən şəxsin izahatı alınıb


 

Bağçada uşağı döyən şəxsin izahatı alınıb<b style="color:red"></b>

“İsmayıllı rayonunda uşaq bağçalarının birində baş verən hadisə ilə əlaqədar rayon polis şöbəsinin təhqiqat qrupu bağçadadır”.

525.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib. Onun sözlərinə görə, bağçada müvafiq sorğu və izahat işləri aparılır:

“Üç yaşlı usağı vuran baxçanın tərbiyəçi – müəlliməsi 1969-cu il təvəllüdlü Zülfiyyə Baxışova təhqiqata cəlb edilib. Həmin şəxs ailəlidir, 2 övladı var. Araşdırmanın nəticəsindən asılı olaraq, hüquqi tədbir görüləcəkdir”

 





14.01.2022    çap et  çap et