Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin görüşü başa çatıb.
525.az-ın xəbərinə görə, görüş 1,5 saat davam edib.
***
Türkiyə və Ermənistanın nümayəndə heyətləri Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Qəbullar Evinə gəlib.
525.az xəbər verir ki, Rusiya XİN-in Qəbullar Evində Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin ilk görüşü keçiriləcək.
Türkiyəni Sərdar Kılıç, Ermənistanı isə Ruben Rubinyan təmsil edir.