525.Az

2021-ci ilin ən bahalı futbolçu transferi açıqlanıb


 

2021-ci ilin ən bahalı futbolçu transferi açıqlanıb<b style="color:red"></b>

FIFA 2021-ci ilin ən bahalı transferlərini açıqlayıb.

525.az xəbər verir ki, siyahının ilk pilləsində İtaliya "İnter"indən İngiltərənin "Çelsi" klubuna keçən Romelu Lukaku qərarlaşıb.

Belçikalı hücumçu avqustda London təmsilçisinə transfer olunub. "Zadəganlar" təcrübəli forvard üçün qarşı tərəfə 115 milyon avro ödəyib.

Almaniyanın "Borussiya" (Dortmund) klubunu İngiltərə "Mançester Yunayted"inə dəyişmiş Ceydon Sanço 85 milyon avroluq transfer məbləği ilə ikinci olub.

İlk "3-lüy"ü "İnter"dən Fransa PSJ-sinə 60 milyon avroya keçən Əşrəf Hakimi qapayıb.

Bizim Telegram kanalımıza abunə olun

 





14.01.2022    çap et  çap et