525.Az

UEFA "Qarabağ"ın ən yaxşı oyunçusunu seçir


 

UEFA "Qarabağ"ın ən yaxşı oyunçusunu seçir<b style="color:red"></b>

UEFA Konfrans Liqasının rəsmi tviter hesabı növbəti dəfə "Qarabağ"la bağlı paylaşım edib.

525.az-ın məlumatına görə, postda Azərbaycan təmsilçisinin futbolçuları - İbrahima Vadji, Abbas Hüseynov və Kadi Borgesin qrup mərhələsində vurduğu qollar və qapıçı Şahruddin Məhəmmədəliyevin qurtarışı yer alıb.

Paylaşımda "Qrup mərhələsində "Qarabağ"ın ən yaxşı oyunçusu kim olub?" sualı da ünvanlanıb.

Qeyd edək ki, "Qarabağ" Konfrans Liqasının pley-off mərhələsində Fransanın "Marsel" klubu ilə üz-üzə gələcək. "Köhlən atlar" ilk görüşünü fevralın 17-də səfərdə, cavab qarşılaşmasını isə fevralın 24-də Bakıda keçirəcək.

 





14.01.2022    çap et  çap et