525.Az

"Azəriqaz" smart-kart tipli sayğaclardan imtina edəcək


 

"Azəriqaz" smart-kart tipli sayğaclardan imtina edəcək<b style="color:red"></b>

Yaxın bir neçə il ərzində "Azəriqaz" İstehsalat Birliyi əvvəlcədən ödənişli smart-kart tipli sayğacların alınmasını dayandıracaq.

525.az-ın məlumatına görə, bu barədə "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.

Onun sözlərinə görə, "Azəriqaz" hələ smart-kart tipli sayğaclardan imtina etməyib və 2022-ci ildə 80 min bu tipli sayğacın alınması nəzərdə tutulub.

"Yaxın gələcəkdə, növbəti bir-iki ilə artıq smart-kart tipli sayğacların alınmasını dayandıracağıq", - R. Əliyev qeyd edib.

Qeyd edək ki, "Azəriqaz" sonradan ödənişli smart qurğularla təmin olunmuş mexaniki sayğacların quraşdırılmasına başlayıb. Məhz bu sayğaclar artıq smart-tipli sayğaclar sayılır.

 





14.01.2022    çap et  çap et