525.Az

Azərbaycanda orta aylıq əməkhaqqı 3% artıb


 

Azərbaycanda orta aylıq əməkhaqqı 3% artıb<b style="color:red"></b>

Ötən il dekabrın 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20,4 min nəfər və yaxud 1,2 % artaraq 1 704,9 min nəfər olub.

Bu barədə 525.az-a Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, onlardan 905,7 min nəfəri iqtisadiyyatın dövlət, 799,2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 19,5 %-i təhsil, 18,6 %i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13 %-i sənaye, 8,1 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,4 %-i tikinti, 6,6 %-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,6 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4 %-i peşə, elmi və texniki fəaliyyət, 1,8 %-i maliyyə və sığorta fəaliyyəti, 13,7 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

2021-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,9 % artaraq 724,1 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

 





14.01.2022    çap et  çap et