525.Az

Türkiyə XİN Ermənistan xüsusi nümayəndəsi ilə ilk görüşün nəticəsini açıqlayıb


 

Türkiyə XİN Ermənistan xüsusi nümayəndəsi ilə ilk görüşün nəticəsini açıqlayıb<b style="color:red"></b>

Türkiyə Xarici İşlər Nazirliyi ( XİN) Türkiyə ilə Ermənistan Normallaşma Prosesi Xüsusi Nümayəndələri səfir Sərdar Kılıç və Ermənistan parlamenti sədrinin müavini Ruben Rubinyanın Moskvada baş tutmuş ilk görüşü barədə məlumat yayıb.

525.az-ın Türkiyə XİN-ə istinadən verdiyi xəbərə görə, xüsusi nümayəndələr müsbət və konstruktiv atmosferdə keçirilmiş bu ilk görüşdə Türkiyə və Ermənistan arasında dialoq yolu ilə aparılacaq normallaşma prosesinə yönəlik olaraq ilkin fikir mübadiləsi aparıblar.

Tərəflər müzakirələri tam normallaşma hədəfi ilə ilkin şərt olmadan davam etdirmək xüsusunda razılaşıblar.

Xüsusi nümayəndələr arasında ikinci görüşün yeri və tarixi diplomatik kanallarla sonradan müəyyənləşəcək.

 





14.01.2022    çap et  çap et