525.Az

Yanvarın 18-i Avropa Parlamentinin yeni sədri seçiləcək


 

Yanvarın 18-i Avropa Parlamentinin yeni sədri seçiləcək<b style="color:red"></b>

Avropa Parlamentinin (AP) yanvarın 18-i keçiriləcək plenar sessiyası çəvçivəsində Aİ-nin qanunverici assambleyasına yeni sədr seçkisi keçiriləcək.

525.az “İnterfaks”a istinadən xəbər verir, bu barədə AP-nin rəsmi nümayəndəsinin müavini Delfin Kolyar məlumat verib.

Onun sözlərinə görə, namizədlərin siyahısı yanvarın 17-si açıqlanacaq.

Xatırladaq ki, Avropa Parlamentinin sədri 2,5 il müddətinə seçilir.

 





14.01.2022    çap et  çap et