525.Az

Azərbaycan iqtisadiyyatına ötən il 16 mlrd. manat investisiya yatırılıb


 

Azərbaycan iqtisadiyyatına ötən il 16 mlrd. manat investisiya yatırılıb<b style="color:red"></b>

2021-ci ildə Azərbaycnda əsas kapitala 16,127 mlrd. manat məbləğində, yaxud 2020-ci il ilə müqayisədə 8,2% az vəsait yönəldilib.

525.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 5,6%, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 9,6% azalıb.

İstifadə olunmuş vəsaitin 10 536,7 mln. manatı və ya 65,3%-i məhsul istehsalı sahələrinə, 4 560,8 mln. manatı (28,3%-i) xidmət sahələrinə, 1 029,5 mln. manatı (6,4%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 11 794,3 mln. manatını və ya 73,1%-ini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 11 015,7 mln. manatı və ya 68,3%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 54,7%, büdcə vəsaitləri 25,7%, sair vəsaitlər 7,5%, bank kreditləri 6,1%, əhalinin şəxsi vəsaitləri isə 6% təşkil edib.

 





14.01.2022    çap et  çap et