525.Az

“Qarabağda niyə sonadək getməməyimizin səbəblərini indi açıqlaya bilmirik”


 

 “Qarabağda niyə sonadək getməməyimizin səbəblərini indi açıqlaya bilmirik”<b style="color:red"></b>

“İndi də biz “niyə sonadək getməmişik” kimi şərhləri eşidirik. Ancaq bunun səbəblərini indi açıqlaya bilmirik”.

525.az-ın xəbərinə görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycanın Qarabağı erməni separatçılarından tam təmizləməməsinin səbəbləri barədə danışarkən deyib.

“İndi bizim məqsədimiz diplomatiya yolu ilə məqsədimizə nail olmaqdır. Bizim ilk hədəfimiz Ermənistanı Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur etməkdir. Əgər Ermənsitan bizim ərazi bütövlüyümüzü tanımasa, biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Prezident bunu açıq şəkildə elan edib”, - o vurğulayıb.

 





14.01.2022    çap et  çap et