525.Az

Boris Conson kraliçadan üzr istəyib


 

Boris Conson kraliçadan üzr istəyib<b style="color:red"></b>

Boris Conson kraliça II Yelizavetadan üzr istəyib

525.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ötən il aprelin 16-da “Dauninq-strit”də şahzadə Filipin cənazə mərasimindən bir gün əvvəl iki yığıncaq təşkil edilib. Mətbuatda bu barədə yayılan xəbərlərdən sonra Baş nazir Boris Conson bu gün kraliça II Yelizavetadan üzr istəyib. Məlumatda ümumilli matəm zamanı belə bir tədbirin baş verməsindən təəssüf hissi ifadə olunub.

Qeyd edək ki, ötən il aprelin 16-da “Dauninq-strit”in ayrılan əməkdaşlarından biri üçün yığıncaq təşkil edilib, səhər saatlarına qədərə içkili və musiqili şənlik keçirilib.

Bir gün sonra isə şahzadə Filipin Vindzor Sarayında cənazə mərasimi keçirilib.

Ölkədəki karantin qaydalarına görə, cənazəyə çox az sayda şəxs qatılıb.

Kraliça II Yelizaveta isə mərasim boyunca tək oturmalı olub.

 





14.01.2022    çap et  çap et