525.Az

Ata Abdullayev apellyasiya şikayəti verib


 

Ata Abdullayev apellyasiya şikayəti verib<b style="color:red"></b>

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il azadlıqdan məhrum edilən bloger Ata Abdullayev apellyasiya şikayəti verib.

525.az-ın xəbərinə görə, şikayət ərizəsi A. Abdullayevin vəkili tərəfindən Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Ata Abdullayev Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunaraq məhkəmənin hökmü il 7 il azadlıqdan məhrum edilib.

Abdullayev Ata Eldar oğlu Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən ötən ilin mart ayında saxlanılıb.

 





17.01.2022    çap et  çap et