525.Az

Azad edilən ərazilərdə daha 15 mina aşkarlanıb


 

Azad edilən ərazilərdə daha 15 mina aşkarlanıb<b style="color:red"></b>

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.

ANAMA-dan 525.az-a verilən məlumata görə, yanvarın 10-dan 15-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 14, tank əleyhinə 1 mina və 112 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 51,8 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

 





17.01.2022    çap et  çap et