|
|
|
|
Azərbaycanda indiyədək ümumilikdə 626 085 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 608 777 nəfər müalicə olunaraq sağalıb, 8529 nəfər vəfat edib, aktiv xəstə sayı 8779 nəfərdir.
Ölkədə son sutka ərzəndə 4 261, hazırkı dövrədək isə 6 010 761 test aparılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan 525.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 nəfərdir. İkinci mərhələ üzrə vaksinasiya olunan yoxdur. "Buster" doza üzrə vaksinasiya olunanların sayı isə 4 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 11872089, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5200330, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4714478, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 1757281 təşkil edir.