525.Az

Baş nazir Monteneqro parlamentinin sədri ilə görüşüb


 

Baş nazir Monteneqro parlamentinin sədri ilə görüşüb<b style="color:red"></b>

Bu gün Baş nazir Əli Əsədov Monteneqro parlamentinin sədri Aleksa Beçiç ilə görüşüb.

Nazirlər Kabinetindən 525.az-a verilən məlumata görə, görüşdə Azərbaycan-Monteneqro dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi bildirilib, A.Beçiçin səfərinin ikitərəfli əməkdaşlığın genişləndirilməsinə təkan verəcəyinə əminlik ifadə olunub.

Həmçinin Azərbaycan ilə Monteneqro arasında ticari-iqtisadi, humanitar, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

 





17.01.2022    çap et  çap et