525.Az

Millimiz Belçikaya uduzdu


 

Millimiz Belçikaya uduzdu<b style="color:red"></b>

Futzal üzrə Avropa çempionatının final mərhələsinə hazırlığını davam etdirən Azərbaycan millisi bu gün yoxlama oyunu keçirib.

525.az xəbər verir ki, komandamız Borqlon şəhərində Belçika yığmasının qonağı olub. Bu görüşdə yığmamız 3:5 hesabı ilə uduzub. Millimizin heyətində qolları 17-ci dəqiqədə Vassura, 31-ci dəqiqədə Everton Kardoso və 37-ci dəqiqədə Tyaqo Bolinya vurublar.

17 yanvar

Belçika – Azərbaycan - 5:3

​​​​​

 





17.01.2022    çap et  çap et