|
|
|
|
Ağcabədi rayonunun Taxtakörpü ərazisində müvəqqəti məskunlaşan laçınlılar 680 hektar sahədə taxıl səpini həyata keçiriblər.
525.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Laçın Rayon Statistika İdarəsindən məlumat verilib. Qurumdan bildirilib ki, taxıl əkinlərinin 640 hektarı arpa, 40 hektarı buğdadır.
Qeyd edək ki, Taxtakörpü ərazisində məskunlaşan keçmiş laçınlı məcburi köçkünlər əsasən heyvandarlıq və taxılçılıqla məşğul olurlar. Onlar ötən il Taxtakörpü ərazisində 877 hektar taxıl sahəsindən 1997 ton məhsul götürüblər.