Bu gün Çin-Monqolustan sərhədi yaxınlığında 5,6 bal gücündə zəlzələ baş verib.
525.az APA-ya istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bakı vaxtı ilə 19.04-də qeydə alınan yeraltı təkanların episentri Çinin 137 min əhalisi olan Xami şəhərindən 256 kilometr şimal-şərqdə və Monqolustanın 15,8 min əhalisi olan Altay şəhərindən 194 kilometr cənub-qərbdə yerləşib.
Zəlzələnin ocağı 5 kilometr dərinlikdə olub.
Tələfat və dağıntılar barədə məlumat verilməyib.