525.Az

Prezident İlham Əliyev: "Azərbaycan və Fransa arasında siyasi əlaqələr yüksək səviyyədədir"


 

Prezident İlham Əliyev: "Azərbaycan və Fransa arasında siyasi əlaqələr yüksək səviyyədədir"<b style="color:red"></b>

"Biz sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, bu səfər Fransa-Azərbaycan dostluq əlaqələrinin inkişafında öz müsbət rolunu oynayacaqdır və bizim dostluğumuz davam edəcəkdir".

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Fransa Prezidenti Fransua Ollandla keçirdiyi birgə mətbuat konfransında çıxışında deyib.

İlham Əliyev bildirib ki, bu gün imzalanan sənədlər bir çox sahələr üzrə Azərbaycan və Fransanın gələcək əməkdaşlığını müəyyən edir.

Azərbaycan Prezidenti qeyd edib ki, bu sənədlər arasında, əlbəttə ki, birgə bəyanat xüsusi yer tutur: "Çünki bu sənəddə bizim gələcək siyasi əlaqələrimizin əsas konturları əks olunur. Bizim siyasi əlaqələrimiz yüksək səviyyədədir. Fransa Prezidentinin Azərbaycana rəsmi səfəri bunu bir daha təsdiq edir. Mən dəfələrlə Fransada olmuşam və mütəmadi olaraq məsləhətləşmələr aparılır. Bir çox beynəlxalq məsələlər üzrə danışıqlar, məsləhətləşmələr, əlbəttə ki, bizim siyasi əlaqələrimizi daha da gücləndirir".

 





12.05.2014    çap et  çap et