525.Az

Robert Levandovski ilin futbolçu seçilib


 

 Robert Levandovski ilin futbolçu seçilib<b style="color:red"></b>

2021-ci ilin ən yaxşı futbolçusunun adı açıqlanıb.

525.az saytının məlumatına görə, FİFA-nın keçirdiyi səsvermədə Robert Levandovski (Polşa/“Bavariya”) qalib olub.

O, ardıcıl ikinci dəfə “The Best” mükafatını qazanıb. İlin ən yaxşısı səsvermədə Lionel Messi (Argentina/“Barselona”/PSJ) və Məhəmməd Salahı (Misir/ “Liverpul”) qabaqlayıb.

İlin ən yaxşı qadın futbolçusu adını isə Aleksiya Puteyas (İspaniya/“Barselona”) qazanıb.

Qeyd edək ki, FİFA-nın “The Best” mükafatlarının təqdimetmə mərasimi İsveçrənin Sürix şəhərində təşkil olunub.

 





18.01.2022    çap et  çap et