525.Az

Ceyhun Bayramov Avstriyaya yola düşüb


 

Ceyhun Bayramov Avstriyaya yola düşüb<b style="color:red"></b>

18 yanvar 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avstriya Respublikasına işgüzar səfərlə yola düşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən 525.az-a verilən xəbərə görə, səfər çərçivəsində nazir, ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunun Azərbaycanın sədrliyi ilə keçiriləcək açılış iclasında iştirak edəcək.

Səfər çərçivəsində, həmçinin ATƏT və Avstriya rəsmiləri ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.

 





18.01.2022    çap et  çap et