525.Az

Ali Məhkəmədə yeni şöbə yaradılıb


 

Ali Məhkəmədə yeni şöbə yaradılıb<b style="color:red"></b>

“Ali Məhkəmədə aparılan struktur islahatları çərçivəsində yeni şöbə yaradılıb”.

525.az-ın məlumatına görə, bunu Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, yeni yaradılmış şöbədə əməkdaşlar da işə cəlb edilib: “Həmin şöbədə işləyən hüquqşünaslar inzibati və mülki məcəllələrdə olan dəyişikliklər, qərarların ilkin variantını hazırlayıb hakimlərə təqdim edəcəklər. Bu isə hakimlərə öz vəzifələri ilə məşğul olmağa imkan yaradacaq və fəaliyyətin səmərəliliyini qat-qat artıracaq”.

 





18.01.2022    çap et  çap et