525.Az

KXDR idarə olunan taktiki raketlərin sınaqdan keçirildiyini təsdiqləyib


 

KXDR idarə olunan taktiki raketlərin sınaqdan keçirildiyini təsdiqləyib<b style="color:red"></b>

KXDR Mərkəzi Teleqraf Agentliyi yanvarın 17-də Müdafiə Elmləri Akademiyasının idarə olunan taktiki raket sınaqları keçirildiyini təsdiqləyib.

525.az Yonhap informasiya agentliyinə istinadla xəbər verir ki, Şimali Koreyanın rəsmi məlumat orqanı raketlərin ölkənin şərq sahilindəki hədəfi dəqiq vurduğu barədə xəbər yayıb. KXDR rəsmiləri Müdafiə Elmləri Akademiyasının istehsal etdiyi silah sistemlərinin dəqiqliyini, təhlükəsizliyini və effektivliyini təsdiq edib.

Bir müddət öncə isə Cənubi Koreyanın Qərargah Rəisləri Komitəsi KXDR-in yanvarın 17-də Pxenyan yaxınlığında yerləşən Sunan aeroportu ərazisindən Yapon dənizi istiqamətinə iki qısa mənzilli ballistik raket atdığı barədə məlumat vermişdi. Qeyd edək ki, bu, ilin əvvəlindən bəri Şimali Koreya tərəfindən həyata keçirilən dördüncü raket sınağıdır.

 





18.01.2022    çap et  çap et