525.Az

"Qondarma referendum təşkil edənlər cinayət məsuliyyətinə cəlb ediləcəklər"


 

"Qondarma referendum təşkil edənlər cinayət məsuliyyətinə cəlb ediləcəklər"<b style="color:red"></b>

 Ukraynanın Donbas bölgəsində qondarma referendum təşkil edənlər cinayət məsuliyyətinə cəlb ediləcəklər.

APA-nın Ukrayna mətbuatına görə, bunu Ukrayna prezidentinin səlahiyyətlərini icra edən, Ali Rada sədri Aleksandr Turçinov bəyan edib.
 
O qeyd edib ki, Ukrayna hökuməti bundan sonra da terrorçulara, diversantlara və cinayətkarlara qarşı mübarizəni davam etdirəcək.
 
“Terrorçularla separatçıların referendum adlandırğını məzhəkə qətllər, zorakılıq, insanların oğurlanması və digər cinayətləri ört-basdır etmək cəhdidir”, - deyə o vurğulayıb.

 





12.05.2014    çap et  çap et