525.Az

Con F.Kennedi: “Mərdliyin profilləri” (davamı)


 

İngiliscədən Telman Orucov tərcümə edib

Con F.Kennedi: “Mərdliyin profilləri” <b style="color:red">(davamı)</b>

Ancaq belə hücumlar azlıqda idi. Ümumi qaydada Şimal Cənub etiraf etdi ki, çıxış bədbəxtliyə səbəb ola biləcəyi halda, əslində gözə çarpan zəfər idi. Bu da yaxşı məlum idi ki, tarixin qəribə qüvvələri şəxsi tale tərəfindən hərəkətə gətirilən insan təsadüf həmin gün Vaşinqtonda qarşılaşmışdı.

Bu adam kim idi?

Lutsius Kvintus Tsintsinnatus Lamar 1874- ildəictimai adamidi. xırda işlər, siyasi əhəmiyyət daşımaması, hətta özəl işlər ona öz intellektini yadırğamağa imkan vermirdi. tərəfdarlıq, şəxsi sektsional gözləmələr onun milli marağa həqiqətə özünü həsr etməsini üstələyə bilməzdi. O, yalnız dövlət xadimi deyildi, həm alim öz dövrünün az sayda orijinal mütəfəkkirlərindən biri idi. Henri Adams hesab edirdi ki, o, “Birləşmiş Ştatlarda ən sakit, daha ağıllı, daha mülayim sosial lətafətdə tam qeyri-adi adam idi. Hər şeydən əvvəl o, takta yumora malik idi”. Məşhur Vaşinqton reportyoru Henri Uotterson onuadamlardan ən maraqlısı sevilməyə layiq olanıadlandırırdı... Mən hətta düşünürəm ki, qarşılaşdığım bütün adamlardan ən böyük beyinlisi idi”. Senator Hoar bir dəfə qeyd etmişdi:

Mərhum Metyu Arnold belə deməyi sevirdi ki, “Amerikan ictimai adamlarında onunləyaqətadlandırdığı şey yoxdur. Heç kəs bunu mister Lamar haqqında deyə bilməzdi. O, istənilən yerdə özünün xarakteri keyfiyyəti ilə şübhəli şəxsiyyət ola bilərdi. O, çox maraqlı, çox gözəl çox nəcib şəxsiyyət idi”.

Yaxşı tanınan Vaşinqton müxbiri Uilyam Preston Conson yazırdı: “Lamarlar başlanğıcda huqenot (Fransada XVI əsrdə kilsənin qüsurlarına etiraz əlaməti olaraq katoliklərdən ayrılmış protestantlar belə adlanırdıtərcüməçi) idilər. Dühanın faciəli cehizi bu ailəyə məxsus idi. Bütün bunlar onun öz toxumalarından, ilhamlandırmağından, zəfərindən bədbəxtliyə bəzi şərik çıxmasından irəli gəlmişdi. İldırım çaxması onun atasının vətənində təəssürat yaradan bir hadisə idi; çünki San Xasintoda meksikalıların döyüş xəttini yaran özünü Texas Respublikasının ikinci Prezidenti edən Mirabo Bonopart da daxil olmaqla, Lutsius Lamarın əmiləri Cefferson Cekson, Tomas Randolf Lavuazye Leqran bura daxil idi, onlar xaç suyuna çəkiləndən maraqlarını tarixdən siyasətə siyasətdən kimyaya dəyişdirməklə tanınmışdılar. Lakin dühanın bu məhvedici toxuması melanxoliya onun atasını hədəf götürmüşdü. O, otuz yeddi yaşında oğlundan əvvəl Borciya vəkilliyində görkəmli karyeraya malik olmuşdu, bəzən güclü depressiyaya məruz qalmışdı, arvadını uşaqlarını öpərək onlarla vidalaşmışdı, bağında gəzərkən özünü güllə ilə vurub həyatdan getmişdi.

Buna bənzər əhval-ruhiyyənin depressiyanın qara sapı Lamarın bütün həyatından ötüb keçmişdi. Heç vaxt onun özünü məğlub edə bilməməsinə baxmayaraq, müasirləri onun özünə qapılmasını, hissiyyatlı, bəzi hallarda qaş-qabaqlı olmasını müşahidə etmişdilər, lakin onun gəncliyi bütövlükdə xoşbəxtlikdə, zonanın plantasiyasında keçmişdi, burada Coel Harris onun əmisi Remus Br`er Dovşanları əhvalatını toplamışdı, Lamarın özü bu əhvalatların olduğu Cənubun kənd yerlərində sonralar məşhurlaşmışdı. Henri Adamsın Konfederasiyanın necə səmərəli təmsilçisi olduğu barədə Lamar danışanda qeyd etdiyi kimi, Londonda deyəcəkdi: “London cəmiyyəti ona sevinəcəkdir, onun əhvalatları uğur qazanacaqdır; onun davranışı onu sevməyi tələb edəcəkdir; onun natiqliyi hər bir auditoriyada yayılacaqdır”.

Lamar başlanğıcdan anasının birbaşa təsiri altında öyrənməyə diqqətəlayiq bir münasibət göstərmişdi. Çox illər sonra o, demişdi: “Kitablar! Mən kitablarla əhatə olunmuşdum. İlk kitab anamın mənə verdiyi Franklinin (Bencamin Franklin görkəmli mütəfəkkir, Birləşmiş Ştatların bani-atalarından biri iditərcüməçi) “Tərcümeyi-halıidi. İkinci kitab RollininTarixi idi, həminTarixhaqqında doqquz yaşlı Con Kvinsi Adams çox-çox illər əvvəl fikir yürütmüşdü. Lamar diplomatiyanı qanunu yaxşı oxumuşdu, lakin o, həmçinin yüngül ədəbiyyatı da ehtirasla sevirdi. Bəzi müxbirlər bir neçə il sonra açıb göstərdilər ki, Lamarın kolleksiya toplamasına kömək etdikləri bir neçə kitab, o, Kabinetin iclasında iştirak etmək üçün Evə girəndə təsadüfən onun kiçik çemodanından düşmüşdü, onların hamısı ucuz romanlar idi.

Lamarın girdiyi Emori kolleci ştatların hüquqlarının istixanası idi. Onun prezidenti məşhur Lonqstrit ailəsinin üzvü, Kalhounun alovlu ardıcılı idi onun Lamara daim güclü təsiri olmuşdu, Lamar onun qızına evlənəndə bu təsir daha da böyümüşdü. Lonqstrit Missisipinin Oksford şəhərində Ştat Universitetinin prezidentliyini götürmək üçün Corciyanı tərk edəndə, Lamar vəkil işi ilə məşğul olmaq mühazirə oxumaq üçün onu müşayiət etdi məhz bu universitetdə Lamar özünün ictimai karyerasına başlamaq üçün imkan qazandı.

5 mart 1850-ci ildə Missisipi ştatının Qanunvericiliyinin qəbul etdiyi bir sıra qətnamələr Missisipi təmsilçilərinə təminat verirdi ki, Kaliforniyanın Birliyə qəbul edilməsi əleyhinə səs versinlər. Senator Fut diqqətəlayiq igidlik göstərməklə bu təminatlara məhəl qoymayanda, Lamara məlum oldu ki, Fut Missisipiyə Qubernator seçilmək üçün qayıdan vaxt Demokratların Ştatların Hüquqları Komitəsi Senatoru müzakirəyə qoyacaqdır. Lamarın bu vaxt vur-tut iyirmi altı yaşı var idi, ştatda həmin günün siyasi həyatında yeni adam idi ona həmin dövrlərin ən ağıllı aqressiv siyasətçilərindən birinə qarşı debatda çıxış etməyə hazırlaşmaq üçün yalnız bir neçə saat vaxt verdilər. Lakin onun hazırlanmamış, qəflətən edilən çıxışında o, Senator Futu Missisipi Qanunvericiliyinin təlimatlarına məhəl qoymadığına görə qamçıladı (iyirmi səkkiz il sonra özünün başına belə bir gələcəkdi), həmin çıxış diqqətəlayiq müvəffəqiyyət idi debatın sonunda universitetin tələbələri onuöz çiyinlərində oradan çıxardılar”.

Onun Konqressə seçilməsi, Kalhounun Cefferson Deyvisin arxasınca getdikləri doktrinalara möhkəm kömək idi. Konqressdə Aleksandr Stivens, Robert Tumbs digər Cənub yunionistləri (Birlik tərəfdarlarıtərcüməçi) əbəs qaydada sekstional dalğanı dayandırmaq yolunu axtaranda, Lamar güclü Cənubpərəst idi. O, Nümayəndələr Palatasında çıxış edərkən demişdi: “Başqaları özlərinin çox genişlənən vətənpərvərliyi onların Birliyə şişirdilmiş dərk edilən məhəbbəti ilə öyünə bilərlər. Mən isə etiraf edirəm ki, Cənubun maraqlarının irəliləməsi, yalnız Cənubun şərəfi qorunub saxlandıqda öz əhəmiyyətinə görə ikinci ola bilər”. Bir neçə il sonra demişdi ki, o, quldarlığın öz əhəmiyyətinə görə müharibəyə dəymədiyini bilənə qədər heç vaxt Cənub sisteminin sağlamlığına şübhə etməmişdi”. Ancaq o, bu yolu davam etdirmədi, onun ağılsız kursu sona çatdı. Sonralar o, məktubunda yazmışdı: “Parçalanma sakitcə baş verə bilməz. Birliyin günəşi batanda, bu, qan tökülməsi ilə baş verəcəkdir”.

1860- ildə Henri Adamsın sözlərinə görə o, “Cənubun alov yeyənlərindən ən pisi kimiparlament üzvlüyünə keçdi. Cənubun federal Birlikdə ədaləti əldə edəcəyinə bütün ümidlərini itirdiyindən Çarlstonda Cefferson Deyvislə birlikdə Demokratik qurultayda gəzişirdi, Birliyin zəncirlərinin bu vaxtadək qalmış həlqəsini qırmağa kömək edirdi. Onun müharibədən əvvəlki karyerası 1861-ci ildə öz kulminasiya nöqtəsinə çatdı, bu vaxt Missisipi ayrılmaqla Birliklə əlaqəsini kəsmək barədə Ordinansın layihəsini tərtib etdi. Külək səpilmişdi. Lamar Missisipi tufanı biçəcəkdilər.

Hər iki tərəfdən bərabər zorakılıq hiss olunurdu. Əlbəttə, mühakimələrin çoxu müharibədən sonra Cənubun keçirdiyi aqoniya mübarizədə o adamların itirilməsinə borclu idi ki, onlar regionda liderliyi ələ keçirməyi gözləyirdilər. Şimalla müqayisədə Cənubda hökumətə nəzarət daim dar şəkildə olmuşdu idarə edən ailələrin arasındaşərabın qədəhlərə süzülməsixüsusilə ağır bir idi. İlk Lamarın Amerikadakı on üç törəməsi Konfederat ordusunda leytenantdan polkovnik kimi daha yüksək rütbələrdə xidmət etmişdi, yeddi nəfəri isə müharibədə həlak olmuşdu. Lamarın kiçik qardaşı, yəqin ki, o, çox parlaq bir gənc imiş, Cefferson Mirabo Krempton dərəsində düşmənin torpaqdan tökülmüş brustverinə at üstündə hücum edəndə öldürülmüşdü. Əmisi oğlu Con  Cənubda ən böyük qul sahiblərindən biri olmaqla, onun yanına yıxıldı. İki il sonra Lamarın böyük qardaşı Tompson Böd Florida Beşinci Ordusunun polkovniki idi, Pitersburqdakı qanlı döyüşdə öldürülmüşdü. Lamarın iki vəkil partnyoru: Uilyamsburqda polkovnik Mott, orada Lamar onun tərəfində vuruşurdu, Marfrisboro qırğınında isə Ceyms Otroy öldürülmüşdü. Qaranlıq günlərin simvolları gəlib çıxdı, üç partnyorun adını ixtisar edilmiş şəkildə daşıyan dağılmış ofis çayda axanda tapılmışdı.

Lamarın özünün karyerası iflic zərbəsi ilə sona çatdı, bu xəstəlikdən o, bütün həyatı boyu əziyyət çəkdi onun yüksək həyəcanlı anlarında ölüm kimi daim onun başının üstündə asılı vəziyyətdə qalırdı. Müharibənin qalan bütün dövrünə yaxın, o, Konfederat hökumətinin diplomatik elçisi kimi fəaliyyət göstərdi.

Müharibənin başa çatması ilə Lamarın bütün arzuları illuziyaları partlayıb dağıldı, o, keçmişin qəzasını tərk etmək başqa ölkəyə getmək barədəki güclü təzyiqin altında oldu. Onun tərcümeyi-halını yazan Uirt Armisted Keytin sözlərinə görə, o, hiss edirdi ki, öz xalqını heç vaxt oradan qayıda bilməyəcəyi bir səhraya aparan lider kimi biabır olmuşdur. Lakin o, Robert Linin Cənub liderlərinə verdiyi məsləhətinə qulaq asıb qaldı özünün sevilən ştatlarının taleyinə şərik oldu 1865-ci ildən 1872-ci ilə kimi sakitcə Missisipidə yaşayıb dərs verdi vəkillik etdi, necə ki, onun ştatı da öz yenidənqurulmasının acı günlərindən keçməli oldu.

Heç bir ştat Missisipidən çox xalça kisəsinin (sakvoyajın; sakvoyaj idarəçiliyi siyasi fırıldaqçılar hökumətinə deyilirdi, sakvoyajçılar isə Cənubda 1861-1865-ci illər müharibəsindən sonra nüfuz sərvət qazanmış Şimallılara verilən ad iditərcüməçi) idarəçiliyindən əziyyət çəkməmişdi. Mendə yerli sakin olan Adelbert Eyms ilk Senator, sonra isə Qubernator olmuşdu. “Nyu-Orlean qəssabıolan bədnam Ben Batlerin kürəkəni idi. O, Konqress Komitəsindən əvvəl gəlmişdi yalnız Senata seçilməsi onun Missisipidə məskunlaşmasını sürətləndirmişdi. O, azad olmuş qullardan Radikal Respublikaçılardan təşkil olunmuş çoxluğun hesabına Qubernator seçilmişdi, onlar isə federal süngülər vasitəsilə saxlanır qidalanırdılar. Nyu-Yorkda oğurluq ittihamı altında olan Kardosa adlı bir adam ictimai məktəblərin rəhbərliyində yerləşdirilmişdi iki keçmiş qul, Qubernatorun köməkçisi Dövlət katibi vəzifələrini tutmuşdu. Missisipinin geniş əraziləri viran qalmışdı. Vergilərin səviyyəsi on dörd dəfə yüksəlmiş, yüksək olduğu kimi, yenidənqurma hökumətinin qeyri-adiliyini, ştatın milli ağır müharibə borclarını dəstəkləməyə görə normal hesab olunurdu.

Bu narahat dövrlərdən keçdikcə Lamar başa düşməyə başladı ki, Cənub üçün yeganə ümid Şimalla onun köhnə sözləşmələrini davam etdirməkdə deyil, barışığı irəlilətməkdədir federal-ştat əlaqələrinin normal hala qayıtmasında, inkişaf etdirilməsində hərbi idarəçiliyin ləğv edilməsindədir. Belə dönüşə yalnız Şimalın dərk etməsi ilə nail oluna bilər ki, Cənub artıq bunu arzu etmir. Lamarın sözlərinə görə Cənub – “Amerikan siyasətinin təşviqatçısı təşviq olunmanın saat kəfkiri olmalıdır”. Lamarın ümid etdiyinə görə, elə etmək lazımdır ki, Şimal qət etsin ki, Cənub xalqının Konstitusiya qarantiyalarının ləğvi hökmən Şimal xalqının azadlıqlarına da öz təsirini göstərəcəkdir. O, inanmağa başladı ki, ölkənin gələcək xoşbəxtliyi yalnız qarşılıqlı barışığın, bütün sektsiyalar bütün ştatlar arasındakı əməkdaşlığın ruhundadır.

 (Ardı var)

 





12.05.2014    çap et  çap et