525.Az

Marşal İrsi İnstitutu Azərbaycanda minatəmizləmə işlərini sürətləndirir


 

Marşal İrsi İnstitutu Azərbaycanda minatəmizləmə işlərini sürətləndirir  <b style="color:red"></b>

"ABŞ-ın Marşal İrsi İnstitutu (MLİ) yeni ilə Azərbaycanda rəsmi olaraq minaaxtaran itlər kimi tanınan və IMAS sertifikatını alan üç qəhrəman itlə daha güclü fəaliyyətə başlayır".

525.az xəbər verir ki, bu barədə MLİ-nin tviter səhifəsində bildirilib.

“Bu itlər ANAMA-nın humanitar minatəmizləmə işlərində köməklik göstərəcək. Biz onların gətirəcəkləri sülh və rifahı gözləyirik”, MLİ-nin sosial şəbəkədəki hesabında qeyd olunub.

Qeyd edək ki, Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Marşal İrsi İnstitutu ilə memorandumuna əsasən 2023-cü ilədək ANAMA-ya 30 baş minaaxtaran itin təhvil verilməsi nəzərdə tutulub. Bunlardan 20 baş minaaxtaran it artıq Agentliyə göndərilib. Xüsusi təlim keçən itlərin 12-si ANAMA-nın maliyyəsi, 18-i isə fərdi donorların ianəsi hesabına alınıb. Növbəti illərdə mövcud olan əməkdaşlığın davam etdirilməsi və yeni itlərin gətirilməsi gözlənilir.

 





19.01.2022    çap et  çap et